Pensiya artımları üçün ayrılan vəsait 438 milyon manata çatıb
Tarix: 10-03-2022, 10:16 | Çap et
Pensiya artımları üçün ayrılan vəsait 438 milyon manata çatıb

Ölkəmizdə davam edən sosial islahatlar çərçivəsində 2022-ci ilin əvvəlindən minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, həmçinin pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə 200 manat maddi yardım (rüblərə bölünməklə) ayrılıb.

1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat ayrılıb. Eyni zamanda, qulluq stajına görə əlavələr alan pensiyaçılara bu ilin əvvəlindən hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi nəzərdə tutulub. Bunun üçün də illik 86 milyon manat əlavə vəsait ayrılacaq.

Beləliklə, cari ilin əvvəlindən tətbiq olunan pensiya artımları üçün ayrılan əlavə illik vəsait 438 milyon manata çatıb.

Ümumilikdə yeni islahatlar paketi üzrə 2022-ci ildə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımı üçün ayrılan illik əlavə vəsait isə 2,1 mlrd. manatdır. Bu artımlar 3,4 milyon şəxsi əhatə edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net