"Dünyada orqan çatışmazlığı transplantasiyanın inkişafı ilə birlikdə davam etməkdədir”.
APA xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov "Qaraciyər transplantasiyasında anesteziya və reanimasiyaya müasir yanaşma-yeni texnologiyaların tətbiqi" mövzusunda beynəlxalq elmi konfransda deyib.
“COVID” pasportu olmayan 54 nəfər toya buraxılmayıb
Koronavirusa yoluxan şəxslərdə karantin müddətinin uzadılmasının istisna halı açıqlanıb
İkinci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək
O bildirib ki, orqan çatışmazlığı, orqan saxlama problemi həll olunmadıqca bu xəstəlikdən əziyyət çəkənlərin də problemi davam edəcək:
“Yanvarın 1-dən qüvvəyə minən yeni qanunla Koordinasiya Mərkəzi qurulub, artıq etik mexanizmlər hazırlanıb. Qısa müddətdə nəticəsini görəcəyik. Bu il orqan təmin edilməsində yeni bir yola nail olacağıq. Bu, meyitdən orqan köçürülməsidir”.