Koronavirusa yoluxan şəxslərdə karantin müddətinin uzadılmasının istisna halı açıqlanıb
Tarix: 24-01-2022, 11:58 | Çap et
Koronavirusa yoluxan şəxslərdə karantin müddətinin uzadılmasının istisna halı açıqlanıb

Səhiyyə Nazirliyi koronavirusa yoluxan şəxslərdə karantin müddətinin uzadılmasının istisna halını açıqlayıb.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstəliyi keçirən şəxslərdə simptomlar davam edirsə, bu zaman həmin şəxsin karantin müddəti uzadıla bilər.

Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatına əsasən, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net