Nazir: "Yaxın vaxtlarda "Turkovac"ın Azərbaycanda kliniki sınaqlarına başlanılacaq"
“Azərbaycanda son illərdə yerli dərman istehsalına böyük təkan verilib. Bu yaxınlarda yəqin ki, geniş mətbuat konfransı keçiriləcək. Səhiyyəmizlə bağlı tək dərman istehsalı yox, digər düşünülən strateji addımlar barədə tam məlumat veriləcək”.
APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, “Turkovac” vaksininin 3-cü mərhələ kliniki sınaqları ilə bağlı Azərbaycan tərəfindən də saziş imzalanıb: “Bu yaxınlarda həmin vaksinin Azərbaycanda da kliniki sınaqlarına başlanılması nəzərdə tutulur”.