Sahil Babayevin yaratdığı problemlər... - İşi bacarmayanda belə olur...
Goronavirus (COVİD-19) pandemiyası dövründə dövlət tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirirən aztəminatlı vətəndaşlara birdəfəlik ödəmənin (190 manat) verildiyi bildirilsə də, xeyli insan bu yardımdan yararlana bilmir. Birdəfəlik ödəmə üçün müraciət edən və imtina cavabı alan vətəndaşların “Gözətçi”yə göndərdiyi şikayətlər də bununla bağlıdır.
***
Samux rayonu, Sarıqaya kənd sakini Əlvanə Allahverdiyeva bildirir ki, onun sənədlərini sistemə daxil edərkən, məlumatları düzgün yerləşdirməyiblər: “Bütün lazımi sənədləri toplayıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) VEMTAS saytına göndərdim. İmtina cavabı gəldi ki, adıma olan “pay torpaq” sistemə daxil edilməyib. Nazirliyin 142 “Çağrı Mərkəzi”nə zəng edib bütün sənədlərı – çıxarışlar, VÖEN, SUN-si hər birinin sistemə daxil edildiyini bildirdim. Nazirliyin əməkdaşı sistemi yoxlayıb bildirdi ki, sənədlər qaydasında göndərilib. Ancaq Dövlət Sosial Müdafiə Fondu pay torpağın sənədlərini sistemə daxil edərkən məlumatları düzgün yerləşdirməyib, ona görə də mənə imtina cavabı gəlib. 3 azyaşlı uşaqla pensiya ilə dolanıram.”
***
Gəncə şəhər, Məhsəti qəsəbə sakini Fidan Məmmədova isə deyir ki, adına kart tərtib edilib, ancaq siyahıda göstərilməyib: “Dekabr ayının əvvəlində ünvanlı sosial yardıma müraciət etdim, cavab mesajı gəldi ki, dekabrın 17 – dən kartı götürə bilərəm. Banka müraciət etdim, ordan bildirdilər ki, adıma kart gəlməyib. 2021 –ci ilin yanvar ayında təkrar müraciət etdim. Bu dəfə isə kartın gəldiyini, ancaq adımın siyahıda olmadığını söylədilər. Bununla bağlı, Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə müraciət etsəm də, şikayətimə cavab verilməyib.”
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.