Zakir Fərəcov müavinini işdən çıxardı
Tarix: 11-11-2015, 09:34 | Çap et
Zakir Fərəcov müavinini işdən çıxardı
Sumqayıt şəhərində icra başçısı dəyişikliyi baş verəndən sonra mütəmadi olaraq kadr islahatları da həyata keçirilir.

Xatırlayırsınızsa, əvvəlki kadr dəyişiklikləri barədə məlumat vermişdik. Bu dəyişikliklər başçının müavinləri səviyyəsində də davam edir. Belə ki, icra başçısının birinci müavini - Rövşən Sadıxovun işdən azad olması son olmayıb.

Onun ardından - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, İcra Başçısının müavini Elgin Şirin oğlu Həbibullayev tutduğu vəzifə ilə vidalaşmalı olub. Hələlik onun yerinə kiminsə təyin edilməsi məlum deyil.

Qeyd edək ki, E. Həbibullayev Eldar Əzizov Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı işlədiyi dövrdə onun köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıta İcra Başçısı təyin olunanda E. Həbibullayev əvvəlcə yenidən köməkçi, sonra isə müavin vəzifəsində çalışıb. O, Eldar Əzizovun kadrlarından sayılır və güman ki, vəzifədən çıxması da məhz bu amillə əlaqədardır.

İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əbülfəz Hüseyn oğlu Əbilov da tutduğu vəzifədən azad olunub. Onun işdən çıxarılmasına səbəb kimi yaş senzi göstərilir.(xeberle.com)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net