Mübariz İbrahimovun xatirəsi anılıb
Tarix: 9-11-2015, 11:23 | Çap et
Mübariz İbrahimovun xatirəsi anılıb
Dövlət Bayrağı Günü ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunların Komandanlığı adından şəhidlərin məzarları ziyarət olunub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Şəhidlərin ruhlarına dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

İlk olaraq Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarı önünə gətirilən əklillər və gül dəstələrini Müdafiə Nazirliyi adından general-mayor Rasim Əliyev və Daxili Qoşunlar Komandanlığı adından isə general-mayor Şirin Xəlilov qoyub.

Sonra Azərbaycanın azadlığı uğrunda şəhid olan digər şəhidlərin də xatirələri yad edilib və məzarları üstünə gül dəstələri qoyulub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net