Ramiz Zeynalovun işçisi milyonlar qazanır-QİYMƏTLƏR
Tarix: 4-11-2015, 09:58 | Çap et
Ramiz Zeynalovun işçisi milyonlar qazanır-QİYMƏTLƏR
Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimov Lənkəranda dəyəri bir milyon dollara yaxın olan böyük hotel-restoran kompleksi tikdirir. Bu barədə rayon sakinləri məlumat veriblər.

Həmin məlumatda deyilir ki, Aşağı Nüvədi qəsəbəsinin Xəzər dənizinə birləşən hissəsində inşa edilən obyektin adı «Xəzər Palase»dir. Həmin otel-restoranın digərlərindən fərqli olmasının səbəbi isə tikilinin dənizin içində inşa edilməsidir. Və bu Lənkəran ərazisində ilk hotel-restoran sayılacaq. BDYPİ-nin şöbə rəisinin bu qədər imkana sahib olması isə gizli məsələ deyil.

Çünki ölkə üzrə bütün dövlət nömrə nişanlarının satışı məhz Rəhimovun əlindədir. Qeyd edək ki, Müşfiq Rəhimov rəhbərlik etdiyi şöbədə əsasən dövlət nömrə nişanlarının satışı ilə məşğul olur. Dövlət rüsumu 18 manat olan bəzi nömrələr var ki, onların qiyməti şöbə rəisinin yanında 18-20 min manat dəyərindədir. Məsələ ilə bağlı ayrıca bir araşdırmamız olacaq. Lakin həmin araşdırmaya qədər bəzi qısa izahatlar verərək, ümumi təsəvvür yaratmağa çalışırıq.

Mənbə bildirir ki, nömrə satışlarını Müşfiq Rəhimov birbaşa həyata keçirmir. Onun köməkçisi olan Aydın adlı şəxs bütün işləri reallaşdırır, müştəri tapır, nömrə satır və sairə. Yəni, vətəndaş avtomobilinə dövlət nömrə nişanı almaq istəyirsə, bunun üçün birbaşa Rəhimovun qəbuluna girməyə gərək yoxdur. Elə qapıdaca Aydın adlı köməkçiyə yaxınlaşıb, onunla məsələni həll etmək mümkündür…

Xatırladaq ki, hal hazırda Rəhimovun siyahısında ən bahalı nömrələr TT və EE seriyaları ilə başlayanlardır. 18-20 manat olan həmin nömrələrin start qiymətləri isə 1500-2000 manatdan başlayır. Digər seriyalı nömrələr isə müxtəlif qiymətlərə satılır. Cüt seriyalı və cüt rəqəmli nömrələrin qiymətlərinə isə yaxın düşüləsi deyil. Məsələn, 99-999 dövlət nömrə nişanı fərqli seriyalarla istənilərsə qiymət 15 min manatdan başlayır. Əgər seriyanın cüt olmasını istəyirlərsə, o zaman qiymət 230 min manata qədər yüksələ bilər.

Onuda qeyd edək ki, Müşviq Rəhimov və onun narkotiklə həbs olunan əmisi oğlu ilə bağlı Azerinews. tv-yə şok məlumatlar daxil olub. Məlumatı verən mənbə iddia edir ki, vaxtilə Müşviq Rəhimovda əmisi oğlu ilə əlbir olaraq ciddi qazanc əldə etmişdir. İndidə aldığı və tikdirdiyi malikanələr həmin pulların vasitəsi ilə əldə edilir…

İmtahan Qeydiyyat şöbəsinin rəis müavini alış məbləğini 100 min manata qaldırıb

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) tərkibində fəaliyyət göstərən və dövlət nömrə nişanlarından tutmuş sürücülük vəsiqəsi verməyə qədər böyük bir prosesi həyata keçirən İmtahan Qeydiyyat Şöbəsində yeni «bazar» açılıb. Azerinews.tv bildirir ki, jam.az-ın əldə etdiyiməlumata görə, şöbənin rəis müavini Müşfiq Rəhimov artıq yeni qazanc mənbələri əldə edib və onun reallaşdırmağa başlayıb.

Həmin məlumatda vurğulanır ki, indiyə qədər OO hərfləri ilə başlayan dövlət nömrə nişanları satışdan çıxarılmışdı. Bəzi bilgilərə görə, OO seriyalı nömrələrin satışının həyata keçirilməməsi onun yalnız bir məmura və ya onların qohumlarına aid olması olub.

Müşfiq Rəhimovun OO «biznesi» – Mənimsənilən milyonlar və nələr…

QİYMƏT CƏDVƏLİ

Bənbə xəbər verir ki, Müşfiq Rəhimov isə artıq bu seriyalı nömrələri də satışa çıxarıb. Buna səbəb isə həmin seriyalı nömrələri alanların çoxluğu, ən əsası isə ölkədə aranın qarışmasından sui istifadə edilməsidir.

Verilən məlumatlarda iddia olunur ki, şöbənin rəis müavini artıq OO seriyası ilə başlayan nömrələrə qiymət də müəyyən edib. Həmin cədvəli oxuculara təqdim edirik:

– 10 OO 020 (30, 40, 50, 60, 70, 80, 90) dövlət nömrə nişanlarının qiyməti hazırda 20-25 min manat təşkil edir;

– 10 OO 002 (3, 4, 5, 6, 7, 8, 9) dövlət nömrə nişanları 80-100 min manat aralığında qiymət dəyişdirir;

– 10 OO və sonluğu sadə rəqəmlərlə bitən dövləğ nömrə nişanlarının qiymətləri isə xeyli aşağıdır. Məsələn, 10 OO 784, 871 və sairə nömrələr «bazar»da 4500-5000 manat aralığında qiymət dəyişdirir.

– 10 OO 022 (33, 44, 55, 66, 77, 88, 99) dövlət nömrə nişanları üçün müəyyən edilmiş qiymət 4500-5000 manat aralığndadır.

– 10 OO 200 (300, 400, 500, 600, 700, 800, 900) dövlət nömrə nişanlarına gəldikdə isə Müşfiq Rəhimov bunun üçün 50 min manat qiymət müəyyən edib. Verilən məlumata görə, İmtahan Qeydiyyat Şöbəsinin rəis müavini 10 OO 100 mg 10 OO 010 dövlət nömrə nişanlarına qiymət qoymayıb. Daha doğrusu, onu hərraca çıxarıb və kimin alacağını gözləyir. Bu rəqəmin bir neçə yüz min manatı təşkil edəcəyi gözlənilir.

Müşfiq Rəhimovun OO «biznesi» – Mənimsənilən milyonlar və nələr…

QİYMƏT CƏDVƏLİ

Nəzərinizə çatdıraq ki, BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinin «bazar»ındakı «mal»ların qiymətləri təkcə bununla da bitmir. Həmçinin 90 OO dövlət nömrə nişanlarının da satışı müvəqqəti dayandırılıb. Və 10 seriyası ilə başlayan nömrələrin satışı başa çatdıqdan sonra 90-la olan nömrələrin satışına start veriləcək.

P.S. Müşfiq Rəhimovun MTN-nin hansı yüksək çinli zabiti ilə «Nar Şərab» restoranında görüşdüyü, bu nazirliyə bahalı nömrələrin satışı ilə əlaqədar adı ortalıqda hallanan MTN-in əsas fiquru kim olub? Bizi izləyin…

Daha ətraflı və şok açıqlamalar gələn yazılarda. Bizi izləyin…

Araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net