"Bakcell" müştərilərlə hansı yollarla "daha yaxın" olur? - PROBLEM
Tarix: 12-10-2015, 10:54 | Çap et
"Bakcell" müştərilərlə hansı yollarla "daha yaxın" olur? - PROBLEM
Ölkədə fəaliyyət göstərən mobil operatorların fəaliyyəti qənaətbəxş deyil. Barmaqla sayılacaq qədər mobil operatorumuz olduğu halda, heç birinin fəaliyyəti istifadəçiləri razı salmır. İstifadəçilər bir operatordan digərinə keçməklə problemlərdən qaçmağa çalışsalar da, heç bir faydası olmur. Xüsusilə də ilk cell olan "Bakcell" vətəndaşlara daha çox problemlər yaradır. "Bakcell" istifadəçiləri ən çox şəbəkənin olmamasından şikayətlənirlər. Demək olar ki, şəbəkə problemi olduğundan vətəndaşlar nə zəng vura bilirlər, nə də zəng qəbul edə bilirlər. Xüsusilə də metro keçidlərində əlaqə yaratmaq mümkün deyil.

Ona görə də "Bakcell" istifadəçiləri sözügedən mobil operatorun əlindən dad edirlər. Xüsusilə də sms-lər vasitəsilə istifadəçiləri cana yığıblar. Gün ərzində "filan kampaniyaya qoşulmusunuz", "bu suala cavab verin, hədiyyə qazanın" və sair sms-lərlə insanları bezdirirlər. İstər-istəməz sms gələndə mobil telefon istifadəçiləri vaxt ayırıb sms-in kimdən gəldiyinə baxır. Bu zaman isə "Bakcell"dən lazımsız sms-in gəldiyini görür. Beləliklə də istifadəçi müəyyən vaxtını itirmiş olur.

Bundan başqa sözügedən mobil operator istifadəçiləri kredit götürərkən "Bakcell" tərəfindən aldadılır. Belə ki, istifadəçi *150# yes yığaraq balansına 1 manatlıq kredit yükləmək istədikdə istifadəçinin balansına 94 qəpik yüklənib. Bu isə istifadəçinin ciddi narazılığa səbəb olub. Şikayətçi bildirir ki, bu hal ilə birinci dəfə deyil bir neçə dəfə rastlaşıb. "Bakcell" mobil operator artıq nüfuzdan düşüb. Vətəndaşlarla bağladığı müqavilənin şərtlərinə əməl etmir. Aidiyyəti qurumlar bu məsələ ilə bağlı ciddi ölçü götürməlidirlər. İstifadəçiləri hər dəqiqə narahat etmək düzgün deyil. Bu cür smslər "Bakcell" istifadəçilərini təngə gətirib.

Bunun qarşısını almaq üçün əməli tədbirlər görülməlidir. Bundan başqa istifadəçilərə verilən 25 dəqiqəlik bonus heç 5 dəqiqə etmir. Bir-iki dəfə 2-3 dəqiqəlik danışdıqda birdən birə ekranda 20 dəqiqə danışıldığı göstərilir. Belə yollarla istifadəçiləri aldadırlar. Bu cür hallarla "Bakcell" mobil operatoru yalnız və yalnız özünə ziyan vurmuş olur. Ona görə də son zamanlar "Bakcell" istifadəçilərinin sayı azalmaqdadır. Düzdür, digər operatorlara üstünlük versələr də, orada da problemlərlə üzləşirlər. Lakin Bakcell həqiqətən də fəaliyyətində çox ciddi nöqsanlara yol verir. Təəssüf ki, mediada gedən eyni zamanda mobil operatorun özünə edilən şikayətlərə baxmayaraq, "Bakcell" fəaliyyətində ciddi nöqsanlara yol verməkdə davam edir.

Bundan başqa "Bakcell"in internet paketi də heç də sərfəli deyil. Demək olar ki, internetə çıxış bərbad vəziyyətdədir. Əvvəllər internet paket bitən zaman xəbərdarlıq gəlirdi. Son zamanlar xəbərdarlıq da gəlmir. Belə halda isə internetin pulu abunəçinin pul balansından çıxılır.

Qeyd edək ki, Azərbaycanın ilk mobil operatoru - "Bakcell" 1994-cü ildə təsis olunub və 2004-cü ilin yanvar ayından başlayaraq, 100% şəxsi kapitala malik bir şirkət kimi fəaliyyət göstərməkdədir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net