Deputatlığa namizəd bazarı qayınanasının adına keçirib
Tarix: 30-09-2015, 10:29 | Çap et
Deputatlığa namizəd bazarı qayınanasının adına keçirib
Keçmiş başçı Nəsib Məhəməliyev deputat olmağa hazırlaşır.

TİA.AZ-ın məlumatına görə, 109 saylı Balakən Seçki Dairəsindən namizədliyi qeydə alınıb.
Yerli sakinlər qeyd edirlər ki, Nəsib Məhəməliyev uzun illər Balakəndə həm dəmir yol vağzalının müdiri işləyib, həm də xeyli müddət rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Balakən ziyalıları cumhuriyyet.az-a yazıb ki, N.Məhəməliyev vağzal müdiri işləyəndə lokomotivin çənlərindən yanacağı oğurlayaraq, Gürcüstan vasitəsi ilə ermənilərə satıb.
Müraciət edən narazılar onun rayon rəhbəri vəzifəsində çalışarkən millətləri üz-üzə qoyduğunu, rayonda tayfabazlığı, rüşvətxorluğu inkişaf etdirdiyini, təhsili, səhiyyəni məhv elədiyini qeyd ediblər.
Mənbə qeyd edib ki, Məhəməliyevin rayon mərkəzi bazarını dövlət əmlak komitəsi ilə birlikdə həyat yoldaşının, qaynının və qayınanasının adına rəsmiləşdirib: (Hesab növü Dpo1014501 Məhəməliyeva Dilşad Şahruddin qızı. Pasport seriyası. AZE 05906814. Ünvanı Bakı şəhəri A. Əliyev küçəsi ev 9D. Sahib olduğu qiymətli kağızlar barəsində məlumat. 41585 səh)
O, Nəsib Məhəməliyevin həyat yoldaşıdır. İndi sual yaranır. Evdar qadında bu qədər səhm haradandır? Azərbaycan respublikasının mövcud qanunlarına görə ərlə arvadın nikahı dövründə əldə edilmiş maliyyə yaxud qiymətli hər bir əşya onların birgə əmlakı hesab edilir. Nəsib Məhəməliyev görəsən millət vəkilliyinə namizədliyini irəli sürəndə bu barədə deklorasiya veribmi?. İkinci məsələ:
(Dp01009560. Qadalov Yusif Şahruddin oğlu. AZE 02017574. Balakən şəhəri N. Nərimanov küçəsi, ev 68. Sahib olduğu qiymətli kağızlar. 317 səhm. Bu adam Nəsib Məhəməliyevin qaynıdır. Digər şəxs barədə. Dp00162218. Əhmədova Mina Həybullah qızı. AZE 02755023. Balakən şəhəri N. Nərimanov küçəsi ev 60. Sahib olduğu qiymətli kağızlar. 7098 səhm).
O, Nəsib Məhəməliyevin qayınanasıdır. Deməli, yalnız özünü və yaxınlarını düşünən olub. Seçicilər onun səmimiyyətinə necə inansınlar?
“İndi hesab etmək olar ki, Balakən seçiciləri yaxşı-yaxşı fikirləşsinlər. Bu adama səs verib növbəti dəfə özləri üçün problem əldə etmək istəyirlərsə buyurub səs versinlər,”- deyə ziyalılar bildirirlər.
Nəsib Məhəməliyev deputat olmaq istəyir ki, uzun illər qeyri-qanuni yollarla yığdıqlarını qorusun. “Yeni Müsavat”ın bir sayında 2007-ci ildə prezidentin şəxsi mühafizəsinin rəisi Bəylər Əyyubovun adamlarının Nəsib Məhəməliyevi Nəsimi rayonunda öz kabinetində döymələrindən bəhs olunur. Bu məsələ də növbəti sualı doğurur.
Nəsib Məhəməliyev öz hüquqlarını qoruya bilmədiyi halda, 90. 000 minlik Balakən əhalisinin hüquqlarını necə qoruyacaq? Mənbəmiz qeyd edir ki, Balakən rayonunda Nəsib Məhəməliyevə qarşı aparılan kampaniyanın adını “Gəlinbacı” əməliyyatı adlandırırlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net