Köməkçisi deputatla eyni dairədən namizəddir
Tarix: 28-09-2015, 09:00 | Çap et
Köməkçisi deputatla eyni dairədən namizəddir
Parlament seçkilərində maraqlı dairələrdən biri də Masallıdadır.

Axar.az xəbər verir ki, 70 saylı Masallı şəhər Seçki Dairəsində iki namizəd artıq qeydə alınıb. Onlardan biri hazırkı deputat, YAP üzvü Nəriman Əliyevdir.

Maraqlıdır ki, digər namizəd də parlament üzvüdür. Mirnizam Vahabov Milli Məclis Aparatında işləyir. O, bitərəf kimi namizədliyini irəli sürüb. İnternet məlumatlarında M.Vahabov N.Əliyevin köməkçisi kimi təqdim olunub. Beləliklə, bu seçkidə köməkçisi deputata qarşı mübarizəyə qoşulub. Bu dairədən hələ ki namizədliyi rəsmiləşən başqaları qeyd olunmayıb. Xatırladaq ki, seçkilər noyabrın 1-də keçiriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net