Prosineçki ildə bu qədər qazanır - FAKT
Tarix: 11-09-2015, 11:29 | Çap et
Prosineçki ildə bu qədər qazanır - FAKT
Xorvatiya yığmasının baş məşqçi vəzifəsində Robert Prosineçkini görmək istəyirlər. Ancaq onun Azərbaycan millisi ilə 2017-ci ilə qədər müqaviləsi var. Üstəlik, sazişin müddətini 2020-ci ilə qədər uzada bilər.

Vertikal.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Xorvatiya Futbol Federasiyasının prezidenti, əfsanəvi futbolçu Davor Şuker deyib.

Şuker Prosineçkinin Azərbaycandakı işindən ayrılacağına inanmadığını bildirib:

“Prosineçki Azərbaycanda ilinə 1,2 milyon avro qazanır. Bu məbləği biz ona verə bilmərik. Halbuki onun Xorvatiya yığmasında işləməsi üçün hər cür şərait var. Prosineçki böyük futbolçu olub və artıq məşqçi kimi də özünü göstərir”.

Qeyd edək ki, Xorvatiya Futbol Federasiyası yığmanın baş məşqçisi Niko Kovaçla yolları ayırıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net