Seçiciləri Abel Məhərrəmovu tanıyırmı?
Tarix: 27-07-2015, 09:37 | Çap et
Seçiciləri Abel Məhərrəmovu tanıyırmı?
Bu həftə deputat Abel Məhərrəmovu seçicilərindən soraqladıq. 16 saylı Yasamal 2-ci seçki dairəsindən Milli Məclisdə yer alan deputatı seçiciləri tanıyırmı?

-(Abel Məhərrəmovun şəklinə baxıb deyir) Bu kimdir?

-Sizin ərazidən deputat seçilib.

-Mən nə bilim. Gərək işləsin, baxaq, onda deyək.

Abel Məhərrəmov 2005-ci ildən Milli Məclisin deputatıdır. O, bununla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektorudur. Milli Məclisin Elm və təhsil məsələləri daimi komitəsinin üzvü olan Abel Məhərrəmovun rektoru olduğu universitetdə ən çox müzakirə olunan çıxışı tələbə ilə olan dialoqudur.

Tələbə - "Qafqaz tarixi” fənnindən imtahan vermişəm. Nəticələrim yaxşı olsa da, müəllim məndən 70 manat pul istəyib. Müəllim mənə deyib ki, sən o pulu verməsən, mən səni kəsəcəm. Bu nədir ?

Abel Məhərrəmov: Pul versəydin, qiymət alardın.

Təmsil etdiyi dairədə vətəndaşlar Abel Məhərrəmovdan onların problemlərinə diqqət ayırmasını istəyirlər.

-Dərmanlarımızı bir az ucuz edərdilər. Hətta bizim prezident də dəfələrlə deyib ki, apteklərdə dərmanları baha qiymətə satmayın. Amma yenə də buna baxmırlar, eləyirlər.

-Seçkiqabağı tanıdıq, seçkidən sonra da ki... Əgər nəsə eləsəydi, adı yadımızda qalardı.///Meydan.tv







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net