Azərbaycanda tütün məhsulları bahalaşıb
Tarix: 9-06-2015, 10:05 | Çap et
Azərbaycanda tütün məhsulları bahalaşıb
May ayında sənaye məhsulları əvvəlki ayla müqayisədə 9,3 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən SalamNews-a verilən məlumata görə, həmçinin mədənçıxarma sənayesində 10,5 faiz, emal sənayesində isə 2,8 faiz bahalaşma baş verib.

Mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatında 2,2 faiz ucuzlaşma, xam neft və təbii qaz hasilatı üzrə 10,6 faiz, metal filizlərinin hasilatı üzrə isə istehsalçı qiymətlərində 1,3 faiz bahalaşma müşahidə olunub.

Mayda emal sənayesi bölməsində istehsalçı qiymətləri toxuculuq sənayesi üzrə 1,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb. Kimya sənayesi 14,9 faiz, kompüter və digər elektron avadanlıqları 4,5 faiz, maşın və avadanlıqları 3,9 faiz, neft məhsullarının istehsalı 3,5 faiz, geyim istehsalı 2,7 faiz bahalaşma müşahidə olunub.

Bahalaşma daha çox içki (2,5 faiz), qida məhsulları (1,8 faiz), ağac emalı və ağacdan məmulatları (1,5 faiz), rezin və plastik kütlə məmulatları (0,5 faiz), metallurgiya sənayesi və elektrik avadanlıqları (0,2 faiz) və tütün məmulatlarının istehsalında (0,1 faiz) baş verib.

Qeyd edək ki, ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net