“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi
Tarix: 30-09-2024, 12:00 | Çap et


Korporativ sosial məsuliyyət prinsipinə sadiq qalan və BMT Qlobal Sazişinin üzvü olan “Nar” Nyu-Yorkda keçirilən BMT Qlobal Sazişinin Liderlər Zirvəsində təmsil olunub. Tədbirdə iştirak “Nar”ın davamlı inkişafa və məsuliyyətli biznes təcrübələrinə olan sadiqliyini vurğulayır.
Ölkəmiz üçün xüsusi önəm daşıyan COP29 tədbiri ərəfəsində keçirilən zirvə qlobal iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində özəl sektorun roluna dair müzakirələr üçün mühüm platforma təqdim edib. “Nar” burada ESG (Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) strategiyasının icrası ilə bağlı faydalı təcrübələr əldə edib və qarşıdakı tədbirlərdə bu sahədəki fəaliyyətlərini daha da genişləndirmək üçün imkanlar qazanıb.
"Nar"ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova zirvə çərçivəsində inklüzivlik və sosial məsuliyyət mövzularında çıxış edərək bildirib: “Biz sosial məsuliyyəti ön planda tutan bir şirkət olaraq, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə və iş mühitinə inteqrasiyasını dəstəkləyən layihələr həyata keçiririk. Bu, həm bərabərlik və inklüzivliyə töhfə verir, həm də cəmiyyətin müxtəlif təbəqələrinin inkişafına dəstək olmağa imkan yaradır. BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirakımız bu istiqamətdəki səylərimizi daha da gücləndirir".



Qeyd edək ki, “Nar” yerli telekommunikasiya sektorundan BMT Qlobal Sazişinə qoşulan ilk şirkət olaraq, tədbirdə yeni tərəfdaşlıqlar qurub və korporativ dayanıqlılıq trendləri barədə mühüm məlumatlar əldə edib. Bundan əlavə, mobil operator BMT Baş Assambleyası həftəsində keçirilən müxtəlif görüşlərdə də təmsil olunub.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net