“Azercell”dən daha bir dələduzluq; abunəçinin 300 manatı mənimsənilib
Tarix: 21-05-2015, 09:44 | Çap et
“Azercell”dən daha bir dələduzluq; abunəçinin 300 manatı mənimsənilib
“Azercell” mobil operatorundan daha bir şikayət daxil olub.

TİA.AZ-ın elektron poçtuna məktub yazan Tofiq Piriyev adlı vətəndaş qeyd edir ki, fırıldaqçılıqla üzləşib və onun 300 manat hesabından silinib.
Şikayətçinin sözlərinə görə, onun mobil nömrəsi “Sindbad” şirkətinin xidmətinə qoşulub. Bundan sonra 2013-2015-ci illər ərzində ondan 300 manat mənimsənilib.
Vətəndaşın yazdığına görə, bu ilin martından iki dəfə şirkət rəhbərliyinə şikayət edib.
Ancaq “Azercell”dən bildirilib ki, hələ də məsələ araşdırılır. Şikayətçi bu mobil şirkəti fırıldaqçı təşkilat hesab edir. Onun dediyinə görə, bu qədər vaxt ərzində 300 manatı hesabından silinib, bunun adı oğurluqdur və rəhbərlik bu işi araşdırmaqda maraqlı görünmür.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net