“Nar” Qlobal Saziş çərçivəsində BMT ilə əməkdaşlığa davam edir
Tarix: 29-10-2022, 13:24 | Çap et


Mobil operator “Nar” 27 sentyabr tarixində BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş BMT Günü tədbirində iştirak edib. Açılış nitqi ilə çıxış edən BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov dayanıqlı inkişaf məqsədlərinə nail olmaq istiqamətində BMT-Azərbaycan tərəfdaşlığının əhəmiyyətini qeyd ediblər.
200-dən çox dövlət rəsmisi, parlament üzvü, diplomatik korpus təmsilçisi, eləcə də vətəndaş cəmiyyəti və media nümayəndəsinin qatıldığı tədbirin dəvətliləri sırasında mobil operator “Nar”ın Baş icraçı direktoru Qunnar Panke də yer alıb. Xatırladaq ki, “Nar” 2022-ci ilin may ayından etibarən dünyanın sosial məsuliyyətli bizneslərini bir araya toplayan BMT Qlobal Sazişinin bir parçasıdır. Bu saziş şirkətlərə qlobal davamlılıq təşəbbüslərini daha sistemli şəkildə həyata keçirməyə və davamlı hesabatlarla şəffaflığa nail olmağa imkan verir. “Nar” ölkə üçün mühüm sosial əhəmiyyətə malik layihələri ilə hər zaman cəmiyyət qarşısında öhdəliyini sadiqliyini ifadə edir.
“Nar”ın sosial layihələri ilə bağlı daha ətraflı məlumatı buradan ala bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net