Səyahət zamanı daha çox mobil internetə ehtiyacınız varsa, “Rouminq 18” paketini sifariş etməklə 1GB mobil internet, həmçinin, pulsuz “WhatsApp” yazışmalarından faydalana biləcəksiniz.

Vertikal.az xəbər verir ki, “Rouminq 18” paketini “Nar+” tətbiqində müvafiq bölmədən və ya *777#718#YES kodunu yığmaqla aktivləşdirə bilərsiniz.
Balansınızı hətta xaricdə olarkən də nəzarətdə saxlamaq, internet istifadəsini yoxlamaq, yeni paket sifariş etmək və digər nömrə əməliyyatları üçün “Nar+” tətbiqi səfərinizə rahatlıq qatacaq.
Qeyd edək ki, paketlər həm səfərdən öncə, həm də səfər müddətində sifariş oluna bilər. Rouminq paketləri ilə bağlı daha ətraflı məlumatı https://www.nar.az/roaming-packages səhifəsindən əldə edə bilərsiniz.