“Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşdı
Tarix: 18-11-2021, 11:11 | Çap et
“Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşdı

“Nar” texniki heyətinin hazırladığı və həyata keçirdiyi “Mobil rabitənin əsasları” təlimi müvəffəqiyyətlə yekunlaşdı. Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən təlimdə iştirak edən tələbələr sertifikatlarla təltif edildilər.

“Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşdı

Rabitə texnologiyaları mövzusunda keçirilən təlimdə tələbələr mobil şəbəkənin fəaliyyətini “Nar”ın texniki heyətinin real təcrübəsi əsasında öyrəndilər. Tələbələrin mobil rabitə bazarına peşəkar kadr olaraq hazırlanması və məzun olduqdan sonra qısa müddət ərzində uğurlu karyera qurmaları üçün keçirilən təlim “Nar”ın təhsilə dəstək korporativ məsuliyyət strategiyası çərçivəsində təşkil edilir.

“Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşdı

Qeyd edək ki, mobil operator AzTU ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində “Nar” əməkdaşlarının keçirdiyi təlimlərlə yanaşı universitetin nəzdində “Nar” GSM laboratoriyası da fəaliyyət göstərir. Universitetlə əməkdaşlığın əsas hədəfi yerli telekommunikasiya ixtisası üzrə təhsil alan azərbaycanlı gənclərin nəzəriyyə ilə yanaşı təcrübi biliklərə də yiyələnərək rabitə bazarında əcnəbi həmkarlarından üstün mövqelərə yiyələnməsidir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net