“Nar” 4G istifadəçilərinin sayı artıb
Tarix: 2-11-2021, 14:58 | Çap et
“Nar” 4G istifadəçilərinin sayı artıb

Abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməyi hədəfləyən “Nar”ın 4G istifadəçilərinin sayı 2021-ci ilin 9 ayı ərzində ümumilikdə 23% artıb. Artıma hər bir abunəçinin ehtiyaclarına uyğun xüsusi təkliflərin təqdim olunması, Bakı və regionlarda yeni baza stansiyalarının quraşdırılması, eyni zamanda şəbəkə üzrə davamlı optimallaşdırma işləri səbəb olub. Qeyd edək ki, mobil operatorun 4G istifadəçilərinin 62%-i paytaxt Bakının, 38%-i isə regionların payına düşür.

“Nar”ın 4G istifadəçiləri sərfəli şərtlərlə müxtəlif ölçülü internet paketlərindən yararlanır, eyni zamanda ölkədaxili dəqiqələr, bol internet və bonusları özündə birləşdirən “FULL” paketlərini seçirlər. Qeyd edək ki, “Nar” şəbəkəsi 8780-dən artıq baza stansiyası ilə ölkə əhalisinin 99,9%-ni, ölkə ərazini 90%-ni şəbəkə ilə əhatə edib.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net