Hər zaman elmə və gənclərin maariflənməsinə xüsusi önəm verən “Nar” ali təhsilli kadrların yetişdirilməsinə töhfə verən “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi ilə əməkdaşlığa başlayır. Mobil operator ilkin mərhələdə 2021-2022-ci tədris ili üçün şagirdlərin seçim və müsahibə prosesinə rabitə dəstəyi göstərib.
Qeyd edək ki, “Gələcəyini Qur!” layihəsi təhsil alma həvəsi olan 11-ci sinif şagirdlərini müəyyən edərək, onlar üçün bir il ərzində universitetə hazırlıq, psixoloji dəstək və şəxsi inkişafa yönəlmiş müxtəlif təlim, səfər və tədbirlər təşkil edir. 2014-cü ildən Təhsil Nazirliyinin dəstəyi və bir sıra şirkətlərin sponsorluğu ilə fəaliyyət göstərən “Gələcəyini Qur!” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək olmaqdır.
“Nar” növbəti gənclərin universitet hazırlığı xərclərinin ödənilməsini öz üzərinə götürəcək.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Vertikal.az