Mobil rabitə bazarında “Cin çıxartma” əməliyyatı
Tarix: 17-12-2018, 08:32 | Çap et
Mobil rabitə bazarında “Cin çıxartma” əməliyyatı
Azərbaycanın mobil rabitə bazarına “Cin kimi” daxil olan, elə o zamandan da müştərilərinin arzularını çin etmək əvəzinə çilik-çilik edən Bakcell şirkəti barəsində narazılıqlar səngimir. Gözəgəlimli reklamlarla abonentləri cəlb etmək istəyən şirkətin müştərilərini hər vasitə ilə soyub talaması barədə medyada, sosial şəbəkələrdə çoxsaylı məlumatlar yayılır.

Ölkədə fəaliyyət göstərən mobil operatorların fırıldaqları, abonentləri aldatması, istifadəçiləri şirnikləndirici vədlərlə müflis etməsi artıq heç kimə sirr deyil. Yalan vədlər, keyfiyyətsiz xidmət, insanları müəyyən yollarla aldadıb onlardan əlavə pul almaq artıq mobil operatorlarda ənənə halını alıb. Xarici ölkələrdə fəaliyyət göstərən mobil operatorlar rəqabətə davam gətirmək, daha çox istifadəçi cəlb etmək üçün qiymətləri aşağı salıb istifadəçilərə yüksək səviyyədə xidmət göstərməyə çalışırlar. Ancaq bizim operatorların qarşılarına qoyduqları əsas məqsəd “kim müştəridən daha çox pul qopardı”, “ kim kimi daha çox aldatdı” prinsipinə əsaslanır.

Rubrika.az saytına daxil olan məlumatlara görə “Bakcell” şirkəti tərəfindən abunəçilərin müxtəlif üsullarla aldadılaraq balanslarından pul slinməsi adi hal alıb. Belə ki, müştərilər göndərilən mesajlar vasitəsilə müxtəlif xidmətələrə (ulduz falı, lətifə, hava durumu, test sualları, müxtəlif viktorina oyunları və s.) abunə etdirilir və xəbəri olmadan balansından gündəlik müəyyən məbləğ silinir.

Rubrika.az saytına danışan mütəxəsislər bildirir ki, ”Bakcell”-in partnyorları abonentin xəbəri olmadan nömrənin məbləğini ələ keçirir. Belə ki, abonent mobil telefonunuda hər hansı bir sayta daxil olub xəbər oxuyanda ekranda reklam xarakterli yazı gəlir. Siz o yazını silsəniz belə, avtomatik həmin xidmətə qoşulursunuz. 50 dəfə stop yazsanız belə dəxli yoxdu. Yenə sizi qoşacaqlar. Beləcə abonent özünün xəbəri olmadan hansısa xidmətə abunə olur və gündəlik balansından pul silinir. Bunu başa düşüb Bakcellin operatorlarına zəng eləyəndə isə abonetləri borclu çıxarırlar. Beləcə milyonlarla pul qanunsuz olaraq vətəndaşlardan oğurlanır.

Rubrika.az saytına şikayət edən abonentlər bildirir ki, Bakcellin internet paketləri ümumiyyətlə daha dəhşətli soyğunçuluq formasıdır. Müxtəlif internet paketləri təklif edən şirkətin abonentlərə verdiyi meqobaytlar sanki işıq sürəti ilə uçur. Eyni zamanda internetin sürətindən danışmağa dəyməz. Cazibədar təkliflər edilməsinə baxmayaraq abonentlər sanki cənnətin reklamıyla cəhənnəmə düşürlər.

Əvvəllər kontur, indi isə hesabdakı pulları "çırpışdırmaq"la ad çıxaran mobil operatorlar sırasında bu gün "Bakcell” birincilər sırasında dayanır. Bu mobil operator abunəçiləri hər gün aldadır və külli miqdarda gəlir əldə edir. "Bakcell"in biçarə abunəçiləri isə elə aldana-aldana gedir. Yüzlərlə, bəlkə də minlərlə abonent operatorun bu cür özbaşınalıqlarından bezib "Bakcell"in abunəsindən çıxsa da, mobil şirkət hələ də bu özbaşınalıqlarına son qoymaq istəmir. Əksinə, daha da özbaşınalıqlar edir, vətəndaşlarını aldadır və onlardan dalbadal əsassız pullar qoparır. Elə məhz buna görə də, ölkədə ilk mobil operator kimi fəaliyyətə başlayan "Bakcell" hazırda digər operatorlarla müqayisədə daha az abunəçi saxlaya bilib. Görünən odur ki, bu gedişlə Bakcellin Azərbaycan mobil bazarında mövqeləri tezliklə tamailə itiriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net