Baş redaktor “Azercell” MMC-ni sərt tənqid etdi
Tarix: 22-04-2017, 09:02 | Çap et
Baş redaktor “Azercell” MMC-ni sərt tənqid etdi
«Mobil nömrə daşınması ilə bağlı problemlərin olduğu deyilirdi, inanmırdım. Amma sağ olsun "Azercell" MMC mənə bu "sürprizi" hədiyyə etdi». Bu sözləri sosial şəbəkədə “Kivnews.com” İnformasiya Portalının baş redaktoru Ülvin Məhəmməd bildirib.

Baş redaktor əməkdaşımızla söhbətində bildirdi ki, 19 aprel tarixində "Azercell" nömrəsini "Bakcell"ə daşımaq (MND) istəyib: “Əslində daşımaq istədiyim nömrə 2016-cı ilin dekabr ayından istifadədədir. 19 aprel tarixində “Bakcell” müştəri xidmətinə yaxınlaşaraq müqavilə bağladım. Və orada bildirildi ki, 3 iş günü müddətində nömrə daşınacaq. Amma 20 aprel tarixində daşınacaq nömrəyə SMS gəldi ki, “nömrənizin digər operatora keçirilməsi, şəbəkə aktivləşdikdən 90 gün sonra baş verə bilər”. Düzü, 4 aydır bu nömrə istifadədə olduğu halda 90 gün müddətin haradan ortaya çıxdığı mənə qaranlıq qaldı”.

Ülvin Məhəmməd bildirir ki, buna aydınlıq gətirmək üçün "Azercell"in müştəri xidməti ilə əlaqə saxlayıb. Amma operatorun dedikləri ilə razılaşmayıb: “Düzdür, cəmiyyətdə nömrə daşınmasında hansısa maneələrin olduğu barədə fikirlər vardı. Hətta daşınan nömrələrdə dalğanın zəif olması, danışan zaman ara kəsilmələri kimi iradlar bildirilirdi. Bir jurnalist olaraq əlimdə fakt olmadığından bu mövzuya diqqət ayırmırdım. Amma problemlə özüm rastlaşdığımdan hesab edirəm, bu məsələni ictimailəşdirmək lazımdır”.

Kivnews.com olaraq bildirək ki, "azercell.com" saytında qeyd olunur ki, MND zamanı aşağıdakı tələblərə riayət olunmalıdır:

Nömrə müraciət edən şəxsin adına olmalıdır.
Nömrə ən azı 90 gün istifadədə olmalıdır və MND etmək istəyən abunəçinin adına olmalıdır.
Nömrədə son MND əməliyyatından ən azı 90 gün keçməlidir.
Nömrənin rəsmi istifadəçisi və mobil operator arasında yekunlaşmamış məhkəmə işi olmamalıdır.
Cari mobil operatorun sistemində abunəçiyə aid melumatlar düzgün qeyd edilməlidir.
Baş redaktor bildirdi ki, qoyulan tələblərə riayət olunur. Amma "Azercell" MMC süni problem yaradır. Baş redaktor Ülvin Məhəmməd son olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinə müraciət edərək vətəndaşlara hansısa süni maneələr yaradan mobil operatorlara qarşı addımlar atılmasının vacibliyini vurğuladı.

Baş redaktor “Azercell” MMC-ni sərt tənqid etdi





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net