“Artıq Qarabağdan erməni köçünün qarşısını heç bir qüvvə saxlaya bilməz”
Tarix: 18-04-2016, 09:16 | Çap et
“Artıq Qarabağdan erməni köçünün qarşısını heç bir qüvvə saxlaya bilməz”
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay Moderator.az-a açıqlamasında ermənilərin Qarabağı tərk etməsinin səbəblərinə aydınlıq gətirib:
“Ermənilər artıq Qarabağı tərk edirlər. Niyə tərk edirlər? Ona görə yox ki, müharibə ola bilər, atarlar, vurarlar və yaxud azərbaycanlılar onları qəflət gəlib yaxalayar. Bunların bu neçə illərdə müharibəyə, atəşə, bu gərgin təhlükəli həyata üz-gözləri öyrəşib. Onu da bilirlər ki, nə qədər ki, Rusiya imperiyası çökməyib, onların hələ ki, Qarabağda pis-yaxşı, yaşam təminatı var.
Erməniləri Qarabağı tərk etdirən amil burada dözüb yaşamaq perspektivi olmadığını artıq başa düşmələridir. Bilirlər ki, buranı tərk etməklə, Rusiya, Livan və Fransadan tutmuş dünyanın bir çox yerinə köçmək imkanları var. Bir çox yaxın-doğmaları da çoxdan köçüb yerləşiblər. Bunları indiyədək belə çətin şəraitdə yaşadan amil - onlara verilən söz və ümid, böyük və işıqlı gələcək barədə şirnikləndirmə və həvəsləndirmələr idi. Erməni milli ambisiyası girovuna çevrilmələri. Nələr idi?
Qarabağ "Artsax" dövləti kimi dünyada tanınır, ətraf işğal əraziləri də ona birləşdirilir, Azərbaycan dövlətçiliyini istəməyən və ermənilərə havadarlıq edən dövlətlər yeni dünya qütbü kimi güclənir, bu güclərin təsiri hesabına Azərbaycan parçalanıb dağılır və bunların da Qafqazın ən sərfəli cənnət məkanında öz "cənnətlərini" qurmaq imkanı yaranır!
Bunlar isə, Qarabağ ermənisi kimi, millətinin fədakar desantı funksiyasını yerinə yetirirdilər. Lazımi anda dünya ermənilərinin qayıdıb yerləşdirilməsi üçün Azərbaycan içində platforma yaradırdılar. Ki, dünya bilsin ki, burada erməni əhalisi var və guya, tam tərkibdə yaşayır. Yəni, gələcəkdə yeni bir dövlət yaranışı və buraya əhali axını-gəlişi üçün istinad nöqtəsi kimi. Uzun strateji məqsədlər idi bu.
Ancaq, nə etmək olar? Erməni milli-ideoloji beyin mərkəzlərinin baş planı alınmadı. Azərbaycan bu neçə ildə səbir və təmkini, sadəliyi, hikkəsizliyi, olmazın çətinliklərə dözümü, düşüncə və tədbirliliyi ilə güclü çıxdı. Zaman, tale, yaranmış dünya şərtləri də haqq-ədalətin yanında oldu. Deyir ki, sən saydığını say, gör, Fələk nə sayır!
İndi köçmək zamanıdır. İndi erməniləri Qarabağda heç bir qüvvə, heç bir şirnikləndirmə və hətta, sülh razılaşması ilə əldə olunacaq dinc qonşuluq yaşayışı şərtləri belə saxlaya bilməz. Çünki sən demə, qonşunun içindəki başqa imiş!”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net