BOS Şelf MMC-də narazılıq
Tarix: 14-03-2016, 09:23 |
Çap et
BOS Şelf MMC-nin rəhbərliyi milli zəmində ayrı-seçkiliyə yol verirlər?
Həmçinin Pakistan və Hindistan vətəndaşlarına Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanda yaşamaq və çalışmaq isazəsi vermədiy halda BOS Şelf MMC şirkətinin onları qanusuz olaraq işə almaları barədə iddialar var.
BOS Şelf MMC-də çalışan bir qrup şəxs Pia.az-a müraciət edərək şirkətdə baş alıb gedən qanunsuzluqlardan, eyni zamanda əməklərinin şirkət rəhbərləri tərəfindən qanunsuz istimarından şikayətləniblər.
Pia.az-a ünvanlanan həmin şikayət məktubunda bildirilir ki, şirkətdə Yuren adlı ingilis əsilli biri at oynadır. Həmin şəxs azərbaycanlı işçilərə qarşı açıq şəkildə milli ayrı-seçkiliyə yol verir. Hər şeydən əvvəl cənab Yuren hər yürsətdə azərbaycanlı işçiləri alçaltmağa çalışır və azərbaycanlı fəhlələri ikinci sort insan kimi qəbul etdiyini isə heç gizlətmir, bəzən isə bunu nümayiş etdirməkdən həzz aldığını da nümayiş etdirir.
Şikayətçilər bildirir ki, Azərbaycandan olan mütəxəssislər demək olar ki, şirkətin rəhbərliynə yüksəlmək imkanlarından tam olaraq məhrum ediliblər. Bütün məsul vəzifələrə Avropa mənşəli əcnəbilər təyin olunurlar. Ən ağır işlərdə azərbaycanlı fəhlələrin çalışmasına baxmayaraq xaricdən gətirilən, xüsusən Avropa mənşəli işçilər onlardan 10 qat artıq maaş alırlar. İşin ilginc tərəflərindən biri isə odur ki, işçilərə maaş dollarla hesablanır. Lakin burda da ayrı seçkiliyə yol verilir. Avropa mənşəli əcnəbilər maaşlarını dolarlla aldıqları halda azərbaycanlı işçilər maaşlarını manatla alırlar. Lakin dolların məzənnəsi 1,05 manata, yəni ikinci dekabr devalvasiyasından əvvəlki məzənnə ilə hesablanır. Bu isə haqqlı olaraq BOS Şelf MMC-də çalışan azərbaycanlı işçilərin etirazına səbəb olur. Lakin faktiki olaraq BOS Şelf MMC-ni idarə edən Yuren adlı şəxs onların etirazlarını dinləmək belə istəmir.
Şikayət məkbutunda həmçinin qeyd olunur ki, cənab Yuren azərbaycanlı işçilərin hüquqlarını Pakistan və Hindistandan gələn, Azərbaycanda çalışmaq izni olmayan fəhlələri işə almaqla pozur. Heç kimə sirr deyil ki, Azərbaycanda işə ehtiyacı olan kifayət qədər böyük işçi qüvvəsi var. Ölkə prezidenti cənab İlham Əliyev də dəfələrlə çıxışlarında bildirib ki, iş yerləri qorunmalıdır. Lakin cənab Yuren heç bir səbəb olmadan azərbaycanlı fəhlələri işdən çıxarır, onların yerinə Pakistan və Hindistandan gələn və Azərbaycanda heç bir statusu olmayan insanları işə qəbul edir. Bu isə ölkə qanunvericiliynə tamamilə ziddir. Pakistan və Hindistan vətəndaşlarına Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanda yaşamaq və çalışmaq isazəsi vermədiy halda BOS Şelf MMC şirkətinin onları qanusuz olaraq işə almaları araşdırılmalı və qanuna uyğun cavabdeh şəxslər olaraq məsuluiyyətə cəlb olunmalıdır.
Sonda şikayətçilər ümid etdiklərini bildirirlər ki, onların bu müraciətindən sonra əlaqəli qurumlar hərəkətə keçərək BOS Şelf MMC-nin əcnəbi rəhbərliyi tərəfindən Azərbaycan qanunlarının çeynənilməsinin qarşısını alacaqlar.
Xatırladaq ki, daha əvvəllərdə maaşlarının az olması, tibbi sığortalırının, digər sosial haqqlarının olmaması, əcnəbilər tərəfindən azərbaycanlı işçilərin təhqir olunması səbəbi ilə BOS Şelf MMC-nin azərbaycanlı işçiləri etiraz aksiyaları keçiriblər və tətil elan ediblər.
Onu da bildirək ki, BOS Şelf MMC-nindirektoru rəsmən deputat Elmira Axundovanın oğlu İxtiyar Axundovdur.
Qeyd edə ki, məsələ ilə bağlı BOS Şelf MMC-nin mövqeyini öyrənməyə çalışsaq da, cəhdimiz uğursuz alındı. İddalarla bağlı BOS Şelf MMC-nin mövqeyini dərc etməyə hazırıq.