Elman Rüstəmov işsizlər ordusu yaratmağa davam edir
Tarix: 4-02-2016, 09:45 | Çap et
Elman Rüstəmov işsizlər ordusu yaratmağa davam edir
Azərbaycanda daha bir bank bağlandı. Bununla da bağlanan bankların sayı 7-yə çatdı. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.

AMB-dən isə bildirilib ki, “Texnikabank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcəkdir.
Elman Rüstəmovun rəhbərlik etdiyi AMB tərəfindən bundan əvvəl daha 6 bankın lisenziyası ləğv olunub. Mərkəzi Bankın İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 və 07/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.
AMB-nin 25 yanvar 2016-cı il tarixli, 06/1 və 06/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilib.
AMB yanvarın 22-də "Gəncə Bank" ASC-nin və yanvarın 18-də isə "Bank of Azerbaijan"ın lisenziyası ləğv olunub.
Bütün halllarda adıçəkilən bankların lisenziyası məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə ləğv edilib.
Ekspertlər isə ölkənin baş bankının bu cür qərarlarına birmənalı yanaşmırlar. Əksər ekspertlər Mərkəzi Bankın “bank qırğını” siyasətini birmənalı qarşılamır və bu işin qərəzli aparıldığı fikrindədirlər. Hesab edilir ki, bankların taleyinin AMB rəhbərliyinin havadan alınma qərarından asılı olması obyektiv və ədalətli sayıla bilməz.
Digər tərəfdən, bağlanan banklardan bir neçəsi kifayət qədər ciddi banklardır və onların qəfildən, bir sıra hallarda bank rəhbərlərinin özlərindən xəbərsiz şəkildə bağlanması qəbuledilməzdir.
O da maraqlıdır ki, ölkənin bank sektoru hansısa müəmmalı səbələrdən hələ də bağlanmayan "köpük banklar" la doludur. Digər tərəfdən, manatın ötən il uğradığı iki kəskin devalvasiyadan sonra ölkə-nin əksər bankları, o cümlədən aparıcı bankları da Mərkəzi Bankın ittiham etdiyi "kreditorları qarşı-sında öhdəliklərini icra edə bilməmək, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmə-mək" kimi duruma düşüblər. Yəni, ölkənin bütün bank sektoru devalvasiyadan sonra ciddi prob-lemlərlə üzləşib və bu işdə hansısa bankı "günah keçisi" elan etmək insafsızlıq və qərəzkarlıqdır.
Bank sektorunun indiki duruma düşməsində Mərkəzi Bankın xüsusi rolu var, amma AMB öz məsu-liyyətini başqalarının üzərinə atmaqla "aradan çıxmağa" cəhd edir.
Üstəlik, Mərkəzi Bankın məlum qərarları o deməkdir ki, bank sektorunda çalışan minlərlə insan işsiz qalacaq.
Yeri gəlmişkən, ölkə başçısı ötən ayın son ongünlüyündə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı bildirib ki, indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq üçün tədbirlər görülməlidir, sahibkarlar isə həm iş yerləri, həm istehsal sahələri yaratmalıdırlar.
Mərkəzi Bank isə faktiki olaraq iş yerlərini bağlamaqla məşğuldur. İndiki ağır iqtisadi böhran şəraitində işsçizlər ordusunun sıralarını genişləndirmək isə heç bir məntiqə sığmır və Elman Rüstəmovun rəhbərlik etdiyi baş bank belə görünür, belə həssas məqamı bir qayda olaraq yadından çıxarır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net