Sahibkardan Vidadi İsayevə ŞOK SÜRPRİZ
Tarix: 1-02-2016, 09:04 | Çap et
Sahibkardan Vidadi İsayevə ŞOK SÜRPRİZ
Bir neçə gün öncə prezident İlham Əliyevin rəhbərliyi ilə “regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına dair konfrans keçirildi.
Bu dəfəki konfransı digərlərindən fərqləndərən cəhət isə hökumət üzvlərinin, xüsusən də son zamanlar başının üstünü qara buludlar almış iqtisadiyyat naziri Şahin Mustafayevin dövlət rəhbərinin önünə çıxartdığı regionlardakı sahibkarlar idi.
Konfransın gedişi boyu tribunaya dəvət olunan, iqtisadi uğurlardan danişan sahibkarların həddən artıq həyacanlı olmaları və bəzən fikirlərindəki dolaşıqlıq açıq-aşkar hiss olunurdu. Qatma-qarışıq fikirləri, dolaşıq çıxışı ilə diqqət çəkən şəxslərdən biri də Bərdə rayonunda fəaliyyət göstərən Qarabağ Aqrar Sənaye Kompleksinin direktoru Vahid Rzayev oldu.
Dövlət rəhbərinin ölkədə apardığı uğurlu siyasətdən, sahibkarlığa dövlət qayğısından danışan Vahid Rzayev çıxısının sonuna yaxın torpaq çatışmazlığından əziyyət çəkdiklərini bildirdi. O, yerli ərzaq məhsullarına olan tələbatı ödəmək üçün fəaliyyətlərini genişləndirməyə ehtiyac duyulduğunu söylədi və Dövlət Ehtiyat Fondunun torpaqlarından müəssisəyə əlavə torpaq sahələri verilməsini istədi.
Qlobal.az-a daxil olan məlumata görə Vahid Rzayevin prezidentin önündə səsləndirdiyi bu fikirlər Rayon icra hakimiyyətinin baçşısı Vidadi İsayevdə şok effekti yaradıb. Onsuz da rayondakı əksər sahibkarlar kimi Vahid Rzayevlə də ciddi problemləri olan Vidadi İsayev bunu özunə qarşi rayon iş adamlarının hazırladığı sabotaj kimi dəyərləndirib.
Məlumata görə konfrans başa çatan kimi bu mənfi hal Prezident Administrasiyası Aqrar siyasət məsələləri şöbəsinin müdürü Azər Əmiraslanov tərəfindən Şahin Mustafayevin diqqətinə çatdırılıb və tədbir görməsi tapşırılıb.
Mənbəmizin bildirdiyinə görə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bunu Vahid Rzayevə bağışlamayacağını söyləyib. Daha bir məlumata görə isə icra başçısı Vidadi İsayevin töycülərindən cana yığılmış rayon sahibkarları prezidentə müraciət hazırlamaq niyyətindədirlər. Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net