Mir Şahin MTRŞ-ni məhkəməyə verdi
Tarix: 1-12-2015, 11:11 |
Çap et
ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev Milli Televiziya və Radio Yayımları Şurasını (MTRŞ) məhkəməyə verib.
APA-nın məlumatına görə, M.Ağayev Şuranın 5 oktyabr 2015-ci il tarixli 09/4 saylı qərarının ləğv edilməsi barədə iddia ilə Səbail rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə həmin iddianı rədd edib. Bundan sonra M.Ağayev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Hazırda məhkəmədə şikayətə baxılır.