İsmayıllıda torpaq sürüşməsi olub, əraziyə baxış keçirilib
Tarix: 13-08-2024, 12:09 | Çap et


İsmayıllı rayonu Basqal kənd yolunda torpaq sürüşməsi baş verən əraziyə baxış keçirilib.

İsmayıllı rayonu Basqal kənd icra nümayəndəsi Novruz Əsədov qeyd edilən hadisə ilə bağlı "Report"un yerli bürosuna açıqlamasında yolun mövcud vəziyyətindən xəbərdar olduqlarını bildirib.

Onun sözlərinə görə, İsmayıllı rayon 9 saylı Yol-İstismar İdarəsinin əməkdaşları torpaq sürüşməsi olan yola baxış keçiriblər və vəziyyəti qiymətləndiriblər.

İcra nümayəndəsi əlavə edib ki, yolda yaranan problem yaxın günlərdə aidiyyəti qurum tərəfindən aradan qaldırılacaq.

Basqal avtomobil yolunda torpaq sürüşməsi olub.

Oxu.Az xəbər verir ki, avtomobillər yolun bir hissəsi ilə hərəkət edirlər. Sürücülər yolun daha da təhlükəli ola biləcəyindən narahatdırlar.

Kənd sakinlərinin Oxu.Az-a verdikləri məlumata görə, Basqal yolunda torpaq sürüşməsinin artıq bir müddətdir baş verməsinə baxmayaraq, hələ də tədbir görülməyib.

"Kənd icra nümayəndəliyi bu işə biganə yanaşır", - deyə onlar bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net