Rayon rəhbərinin Ağkənd kəndində növbəti səyyar qəbul-görüşü keçirilib
Tarix: 19-01-2024, 10:36 | Çap et


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Dəmirçilər kənd İƏD üzrə nümayəndəliyin Ağkənd kəndində keçirilib.
Qəbulda rayon prokuroru Əli Qurbanov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Rayon rəhbəri qəbulda ötən il respublikamızda baş verən siyasi-iqtisadi məsələlərdən, sentyabın 19-da işğaldan azad edilən torpaqlarımızda aparılan lokal xarakterli antiterror əməliyyatlarından danışıb, lokal xarakterli antiterror tədbirlərinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarını təmin etdiyini, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını aldığını, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarıldığını, onların hərbi infrastrukturunun zərərsizləşdirildiyini, mina terroruna son qoyulmasını və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa etdiyini bildirib, prezident cənab İlham Əliyevin 20 illik fəaliyyəti dövründə respublikamızın tərəqqi və inkişafından, həyata keçirdiyi qlobal layihələrdən, həmişə xalqının yanında olmasından, oktyabırın 15-də terrorçulardan təmizlənmiş ərazilərdə Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını dalğalandırmasından, Xankəndi şəhərinin mərkəzində etdiyi çıxışından danışıb və Ali Baş Komandanın Xankəndi şəhərindəki çıxışından bu sözləri xatırladıb: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”
İcra başçısı Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsindən də danışıb. Qeyd edib ki, cənab İlham Əliyevin bu müsahibəsi Türkiyə mediasında geniş işıqlandırılıb.
İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.
Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Ağkənd kəndinin 667 hektar ərazisi, 244 təsərrüfatı, 1030 nəfər əhalisi var. Ərazidə 1 körpələr evi uşaq bağçası, 1 kitabxana, 1 poçt, 3 ticarət oyekti, 1 iaşə obyekti, 2 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 510 baş iribuynuzlu, 930 baş xırdabuynuzlu heyvan, 4350 baş quş, 91 arı ailəsi saxlayırlar.
Son üç ildə Ağkənd kəndinində 1.2 km məsafədə kəndarası yollar təmir edilib, su arxları 4 km məsafədə lildən təmizlənib, kənd ərazisində 800 ədəd çəkil və 50 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.



Kənd sakinlərindən Rəhman Tahirov Ağkənd kəndinə gələn su arxına qapı qoyulması, İbrahim İbrahimov Dəmirçilər kəndinə gələn su arxına qapı qoyulması, Manya Sultanova içməli su problemilə, Rəşid Sultanov suvarma arxının təmizlənməsi, Əli Qənbərov sel arxının təmizlənməsi, Gülbahar Sadıqova pay torpaq sahəsinə gedən yolun zəbt olunması, Müşviq Məmmədov yeni subartezian quyusunun qazılması, Əli Əliyev elektrik xəttinin təmiri, Nazim Haqverdiyev elektrik dirəyinin dəyişdirilməsi və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net