Tərtərdə güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır
Tarix: 25-12-2023, 12:27 | Çap et


23 yanvar 2023-cü il tarixdə axşam saatlarından başlayaraq əsən güclü külək Tərtər rayonunda bir sıra fəsadlar törədib.
Küləyin təsirindən ağaclar aşıb, Tərtər şəhəri Nizami küçəsində 60 mənzilli, 5 mərtəbəli, 40 nömrəli yaşayış binasının, Vasif Hüseyinov küçəsində 36 mənzilli, 5 mərtəbəli, 7 nömrəli yaşayı binasının, Vüqar Həsənov küçəsində 16 mənzilli, 2 mərtəbəli, 1 nömrəli yaşayış binasının dam örtüklərinə ziyan dəyib.
Həmçinin küləyin təsirindən rayonun elektrik təsərrüfatına da ziyan dəyib. Tərtər şəhəri ərazisində işıqlanma dirəkləri aşıb. Elektrik dirəklərinin aşması nəticəsində isə Tərtər şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb.
Hazırda rayon Fövqəladə Hallar komissiyası tərəfindən dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.








Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net