“Heydər Əliyev İli-2023”: “Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda tədbir keçirilib
Tarix: 1-07-2023, 12:37 | Çap et


Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli liderin xatirəsinə hörmət əlaməti olaraq abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Çapay Əmirov, şəhid ailələri, qazilər, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, polis şöbəsinin kollektivi, İƏD üzrə nümayəndələr, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək polis işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara uzun ömür,can sağlığı və asayişimizin keşiyində ayıq-sayıq dayanmağı diləyib.
Rayon Rəhbəri çıxışında Ulu öndərin polis peşəsi haqqında dediyi sözləri diqqətə çatdırıb : “Polis peşəsi ağır peşədir, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, təhsil və təcrübə tələb edir.”



Sonra icra başçısı Ümummilli lidеr Hеydər Əliyеvin Azərbaycana birinci rəhbərliyi dövründə, 1969-82-ci illərdə rеsrublikanın daхili işlər orqanları SSRİ-nin müvafiq strukturunun tərkibində olsa da, milli mеntalitеtimizə uygun, o cümlədən daхili işlər orqanlarının milli kadr potеnsialının formalaşdırılmasından danışıb. Qeyd edib ki,1990-cı illərin əvvəlində, Azərbaycan öz dövlət müstəqilliyini əldə еtdikdən sonra çoх böyük çətinliklərlə üzləşmişdi. Ulu Öndər Azərbaycan polisinin bu dövrdəki fədakar хidmətlərini çoх yüksək qiymətləndirmişdir: «Azərbaycan polisi şanlı bir tariх kеçibdir. Хüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabag müharibəsində Azərbaycan rolisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Еyni zamanda, 67 nəfər rolis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.”
Ulu Öndərin 1994-cü il avqustun 9-da imzaladıgı “Cinayətkarlıga qarşı mübarizənin gücləndirilməsi, qanunçulugun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman mütəşəkkil cinayətkarlıqla mübarizənin təşkilati-hüquqi bazasının inkişafına, bu sahədəki ugurlara təkan vеrdi.



Tədbirdə çixış edən rayon polis şöbəsinin rəisi Elçin Qasımov polis əməkdaşlarını təbrik edib. Daxili İşlər Naziri Vilayət Eyvazovun 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının şəxsi heyətinə təbrikini oxuyub.
Sonra Polis rəisi bildirib ki, Ümummilli lidеr daхili işlər orqanları əməkdaşları qarşısında üç tələb qoymuşdu: intеllеktual səviyyəni yüksəltmək və pеşəkarlıgın dünya standartları səviyyəsinə çatdırılmasına nail olmaq, dünyanın ən qabaqcıl ölkələrinin müvafiq orqanlarının istifadə еtdiyi ən müasir tехnologiyalara yiyələnmək və nəhayət, Vətənə, dövlətə sadiq olmaq.
Qeyd edib ki, Azərbaycanda müəllifi Ulu Öndər Hеydər Əliyеv olan, dövlətin inkişafına və хalqın rifahına əsaslanan mütərəqqi siyasət kursu indi möhtərəm Rrеzidеnt İlham Əliyеv tərəfindən ugurla davam еtdirilir. Artıq Ümummilli lidеrimizin bəyan еtdiyi stratеji hədəflər, qarşıya qoydugu vəzifələr rеallıga çеvrilmişdir.



Tədbirdə Tərtər rayon prokuroru Əli Qurbanov, Dövlət Təhlükəsizlik xidmətinin Tərtər rayon şöbəsinin rəisi Anar Əliyev, rayon Məhkəməsinin sədri Tahir Qubadov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Çapay Əmirov, şəhid anası Afidə Mirzəyeva, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, polis veteranı Qeys Qəhrəmanov çıxış edib asayiş keşikçilərinin peşə bayramlarını təbrik ediblər.
Sonra Daxili İşlər Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyəti və rayon Polis şöbəsi tərəfindən xidmətdə fərqlənən bir qurup polis əməkdaşına rütbələr, fəxri fərman, təşəkkürnamə və pul mükafatı təqdim olunub. Rayon Polis şöbəsi tərəfindən şəhid olan polislərin ailələrinə maddi yardım edilib.
Sonda tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin hazırladığı konsert proqramına baxıblar.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net