Tərtər Rayon Mədəniyyət Mərkəzinin foyesində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyi münasibəti ilə sərgi keçirilib. Sərgidə tədbir iştirakçıları Ulu Öndərin Tərtər rayonuna 1975, 1976 və 1978-ci illərdə səfərlərini əks etdirən foto şəkillərə, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin çəkdikləri rəsm və hazırladıqları dekorativ tətbiqi sənət nümunələrinə baxıblar. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən ən yaxşı rəsm əsərlərinin və dekorativ tətbiqi sənət nümunələrinin müəllifləri fəxri fərmanla təltif olunublar.