Xaçmazın məscidi Qarabağdakı məscidlərin halından fərqlənmir... - Buralar da məmur işğalı altındadır...
Tarix: 1-05-2023, 15:43 | Çap et
Xaçmazın məscidi Qarabağdakı məscidlərin halından fərqlənmir... - Buralar da məmur işğalı altındadır...

Xaçmazın məscidi Qarabağdakı məscidlərin halından fərqlənmir. Bu barədə DİA.AZ-a ünvanlanan vətəndaş müraciətində deyilir. Narazı sakinlər eyni zamanda redaksiyamıza fotoları da göndəriblər.

Xaçmazın məscidi Qarabağdakı məscidlərin halından fərqlənmir...

Sakinlər yazır: "Xaçmazda Şıxlar kənd məscidi bu haldadır. Qarabağ 30 il erməni işğalında qaldı. Amma Qarabağda belə bərbad məscid tapa bilmərsən...

Məscid XVI əsrə aiddir. Yəni tarixi abidədir. Nədən biz tariximizə bu qədər biganəyik?"



Xaçmazın məscidi Qarabağdakı məscidlərin halından fərqlənmir...

Vertikal.az DİA.AZ-a istinadən bildirir ki, sözügedən məscid Xəlvətilər təriqəti şeyxlərindən Şeyx Yusif Muskuri (Müşküri) müridləri tərəfindən tikilib.

Şeyx Yusif Muskuri (Müşküri) türbəsi də bu kənddə yerləşir və sakinlər iddia edir ki, həmin türbə də bərbad və baxımsız vəziyyətdədir.

Məsələ diqqətimizdədir, iddia olunanlarla bağlı dia.az olaraq bütün aidiyyatı urum və şəxsləri dinləməyə hazırıq...






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net