Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Abbaslı Elnur Yaşar oğlunun ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib
Abbaslı Elnur Yaşar oğlu 1992-ci il iyun ayının 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.
Azərbaycan ordusunun kiçik cavuşu Elnur Abbaslı 2020-ci ilin oktyabr ayının 7-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, özündən sonra 2 övladı yadigar qalıb. Respublika Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri və Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə şəhidin ikinci ildönümü münasibəti ilə yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verərək qayğıları ilə maraqlanıb.
Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!Vertikal.az