Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ermənistan silahlı qüvvələri tərəfindən 12-13 sentyabr tarixində Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alarkən yaralanan, rayonun Qaradağlı kənd sakini, N saylı hərbi hissənin müddətdən artıq hərbi xidmət keçən əsgəri Abbaslı Vüsal Fazil oğlunu müalicə aldığı tibb müəssisəsindən evə qayıtdıqdan sonra ziyarət edib, müalicəsinin gedişi və qayğıları ilə maraqlanıb, lazımi köməklik göstərib.
Vüsal Abbaslı aparılan müayinə və müalicələrin gedişindən razılığını bildirərək ona göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Vertikal.az