Sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində yol kənarlarına və şəhidlərin xatirəsinə yeni salınmış “Vətən bağında” ağacəkmə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərin xatirəsini ehtiramla anıblar.
Aksiya çərçivəsində ağac əkilən ərazilərdə təmizlik işləri aparılıb, qurumuş ağaclar yenisi ilə əvəz olunub, əlavə olaraq müxtəlif növ ağaclar əkilərək suvarılıb.
Vertikal.az