Rayon rəhbəri “Gold Naftalan” Müalicə  və Sağlamlıq  Mərkəzində müalicə alan və istirahət edən qazilərlə görüşüb
Tarix: 20-09-2022, 13:54 | Çap et


Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayon prokuroru Əli Qurbanov və Polis Şöbəsinin rəisi Elçin Qasımovla birlikdə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gold Naftalan” Müalicə  və Sağlamlıq  Mərkəzində müalicə alan və istirahət edən rayondan olan 18 nəfər Vətən Müharibəsi qazisi ilə görüşüb, onlarla səmimi söhbət edərək sağlamlıqları ilə maraqlanıblar.
Qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net