Qazsız və işıqsız qalan ermənilər yenə də Moskvaya yalvarır - ŞƏRH
Tarix: 14-03-2022, 12:52 | Çap et
Qazsız və işıqsız qalan ermənilər yenə də Moskvaya yalvarır - ŞƏRH
"44 günlük müharibədən sonra rusların dəstəyi ilə ayaqda qalan separatçı-terrorçu rejim indi çətin vəziyyətə düşüb. Təsadüfi deyil ki, son ümid kimi erməni diasporundan yardım vasitəsilə dəstək axtarışındadır. Ancaq bu səyləri də nəticəsiz qalacaq”. DİA.AZ xəbər verir ki, bu sözləri Rusiyada fəaliyyət göstərən erməni diasporunun (erməni-rus təşkilatlarının koordinasiya şurası) bu ölkənin rəhbərliyinə və Müdafiə Nazirliyinə yazılı müraciət etməsini şərh edərkən politoloq Qabil Hüseynli Sfera.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ermənilər Qarabağda yaranmış qaz, elektrik və su probleminə görə Azərbaycanı ittiham edir və həlli üçün Rusiya rəhbərliyindən kömək istəyirlər:

"Ermənilərin gec-tez bu köməyi istəyəcəyi bəlli idi. Çünki separatçı rejim Qarabağda erməni əhaliyə nəzarət edə bilmir. Sadə vətəndaşlar üçün siyasət o qədər də önəmli deyil. Onlara normal həyat və yaşayış standartları lazımdır. Rejim isə bunu təmin edə bilmir.

Digər tərəfdən, Rusiya-Ukrayna savaşının uzanması rəsmi Moskvanın bütün diqqətini bu müharibəyə ayırıb. Bu da öz növbəsində separatçıların vəziyyətini daha da pisləşdirib.

Rusiyadan istədikləri cavab gəlməsə mümkündür ki, ermənilər Avropa ölkələrinə də bəznər müraciət etsinlər. Separatçı rejim son dəmlərini yaşayır və mövcud vəziyyətlə çox da irəli gedə bilməyəcək”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net