Rusiyanın Ukraynadakı ümumi itkiləri 10 mini ötdü: - "Ən azı bir general məhv edilib..."
Rusiya işğalçılarının Ukraynada martın 4- ə olan ümumi itkiləri (ölən, yaralanan və əsir düşənlərlə birgə) 10 min nəfəri ötüb. DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov özünün "Facebook" səhifəsində məlumat verib.
"Səkkiz sutkanın yekunlarına görə, Rusiya ordusunun itkiləri ölən, yaralanan və əsir düşənlərlə birgə 10 min nəfəri ötüb. Ən azı bir generalın məhv edilməsi təsdiq edilib,- nazir məlumat verib.
Onun sözlərinə görə, "məhv edilən Rusiya zirehli texnikasını artıq vahidlərlə deyil, tabor və briqadalarla saymaq lazım gəlir".
"Müdafiəçilərimiz dinc şəhərlərimizi atəşə tutduqları yaylım atəşli reaktiv sistemləri üçün mərmi ilə dolu bir- neçə maşın ələ keçirib. Bu mərmilərin hamısı "düşmənə qaytarılacaq",- Reznikov qeyd edib.
Nazir vurğulayıb ki, Ukrayna ordusunun da itkiləri var.
"Onlar kiborqlar kimi döyüşür, amma sinələrində canlı ürək var. Onların hər birini qəhrəman kimi xatırlayacaqlar. Bizim üçün ən qiymətlisi insanlardır. Ukrayn