Şabran icra hakimiyyətindən şikayətə QƏRİBƏ REAKSİYA - Həm izahat verirlər, həm də inkar edirlər...
Tarix: 24-01-2022, 10:51 | Çap et
Şabran icra hakimiyyətindən şikayətə QƏRİBƏ REAKSİYA - Həm izahat verirlər, həm də inkar edirlər...

Keçən həftə Şabrandan bir şikayəti DİA.AZ olaraq diqqətinizə təqdim etmişdik:



Bununla bağlı Şabran RİH-dən DİA.AZ-a münasibət açıqlanıb. Həmin reaksiyanı olduğu kimi təqdim edirik:

"Məsələ tərəfimizdən araşdırılmışdır. Məlum olmuşdur ki, bəhsi gedən transformator müəssisənin balansında olan şəxsi əmlakdır. Şabran Elektrik Şəbəkənin əməkdaşları tərəfindən aparılan standart yoxlama zamanı transformatorun tələblərə cavab vermədiyi məlum olmuşdur və şəxsi əmlak olduğu üçün bununla bağlı olan təmir işləri sahibkar tərəfindən aparılmalıdır. Şabran Elektrik Şəbəkəsi tərəfindən transformatorun təmiri üçün tələbnamə yazılmış və sahibkara göndərilmişdir. Sahibkar Talıb Həsənov transformatorun təmiri üçün Asan Kommunala müraciət etmiş, lakin əmlakın təmiri üçün müəyyən olunan xərclərlə razılaşmamışdır. Videomaterialda səsləndirilən bütün iddialar qərəzli mövqe daşıyır".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net