Şamaxıda daha bir etiraz: YOL AKSİYASI
Tarix: 13-05-2015, 11:10 | Çap et
Şamaxıda daha bir etiraz: YOL AKSİYASI
Şamaxı rayonunun Rəsulzadə küçəsinin 100-ə yaxın sakini dünən saat 11 radələrində İcra Hakimiyyətinin binasına yürüş edərək, yolla bağlı yaranmış problemin aradan qaldırılmasını tələb ediblər. Bu barədə JAM.AZ-a rayon sakinləri məlumat veriblər.

Onların bildirdiyinə görə, problemin yaranma səbəbi həmin küçənin yuxarı hissəsinin (Bazara qədər olan-red.) asfalt olunması, aşağı tərəfin isə yarımçıq şəkildə asfaltla örtülməsidir. Belə ki, Şamaxı İcra Hakimiyyəti Rəsulzadə küçəsinin yalnız 200 metrlik hissəsini asfaltlamaqla kifayətlənib ki, bu da camaatın narazılığına səbəb olub.

Məlumatda qeyd edilir ki, sözügedən küçənin ümumi uzunluğu 3 km-ə qədərdir. Onun yalnız 200 metrlik hissəsinin təmir olunması və yağış yağdığında keçilməz olması insanların narazılığına gətirib çıxarıb. Narazılıq üçün əsas olan bir başqa səbəb kimi isə asfaltın yalnız icra başçısının birinci müavini Qasım Qasımovun evinə qədər çəkilməsidir.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net