Tərtər rayonunun Kəngərli kəndində şəhid Mənsimli İntiqamın xatirəsinə inşa edilən bulağın açılışı olub
Tarix: 27-12-2021, 15:33 | Çap et
Tərtər rayonunun Kəngərli kəndində şəhid Mənsimli İntiqamın xatirəsinə inşa  edilən bulağın açılışı olub
Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Vətən müharibəsində məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Vurğulanıb ki, şərəfli döyüş yolu keçən Azərbaycan Ordusunun əsgəri Mənsimli İntiqam Rövşən oğlu 1998-ci il iyunun 6-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Oktyabrın 16-da Talış istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 17-da yaşadığı Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

Şəhid Mənsimli İntiqam 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Tədbirdə Kəngərli kənd tam orta məktəbin direktoru Məmmədov İmran, şəhid Mənsimli İntiqamın atası Mənsimov Rövşən, şəhid Məmmədov Səbuhinin atası Məmmədov Zahid, şəhid baş leytenat Qənbərli Qənbərin atası Qənbərli Bəhruz, şəhid polkovnik leytenant, Vətən Müharibəsi Qəhrəmanı Əliyev Anarın atası Əliyev Vaqif çıxış edərək Azərbaycan ordusunun qüdrətindən, hərbiçlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Şəhid ailələri və qazilər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.Tərtər rayonunun Kəngərli kəndində şəhid Mənsimli İntiqamın xatirəsinə inşa  edilən bulağın açılışı olubTərtər rayonunun Kəngərli kəndində şəhid Mənsimli İntiqamın xatirəsinə inşa  edilən bulağın açılışı olubTərtər rayonunun Kəngərli kəndində şəhid Mənsimli İntiqamın xatirəsinə inşa  edilən bulağın açılışı olub




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net