
Dəmir yolu xəttinin tikintisinə dair Azərbaycanla əldə olunan razılaşmaların reallaşması ilə regionda siyasi, iqtisadi mühit, eləcə də təhlükəsizlik mühiti dəyişəcək.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Baş nazir razılaşmanın əhəmiyyətinə toxunub.