Ölkənin dördüncü böyük şəhəri Mingəçevirdə hələ də Məşədi Əzizbəyovun adını daşıyan küçə var. O Əzizbəyov ki, 1918-ci ilin Mart soyqırımında xalqına qarşı ermənilərlə birlikdə vuruşub. Tarixi faktlar bunu sübut edir.
Sakinlər küçənin adının Vətən uğrunda canından keçən, qəhrəmanlıq nümayiş etdirən şəhidlərin şərəfinə adlandırılmasını istəyirlər. Adıçəkilən yaşayış massivində küçələr artdıqca rəqəmlərin sayı da yüksəlir. Günəşli yaşayış massivinə təcili yardım, yanğınsöndürmə briqadaları çağırılan zaman da çətinlik yaranır.
Məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətindən şifahi olaraq bildirilib ki, yaradılmış komissiya tərəfindən hazırda sadalanan məsələlərlə bağlı müzakirə və hazırlıqlar aparılır.
Qeyd edək ki, Mingəçevir sakinlərindən 90-cı illərin Qarabağ müharibəsində 205 nəfər şəhid olub. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların sayı isə 50-dən artıqdır.