Ucarın dərdi özündən böyük Mirzə ağa Əliyev küçəsi - VİDEO
Tarix: 17-11-2021, 15:22 | Çap et
Ucarın dərdi özündən böyük Mirzə ağa Əliyev küçəsi - VİDEO

Ucarın Mirzə Ağa Əliyev küçəsi ötən əsrin ortalarında salınıb. Hazırda burada 30-a yaxın ailə yaşayır. Küçənin sağ və sol tərəfində olan yaşayış evlərini su kanalı ayırır.

Küçə rayonun kənarında yerləşdiyindən əksər ərazilərin çirkab suları məhz bu kanala axır. Küçənin dərdi təkcə bu deyil. İşıq dirəkləri də elə küçənin özü qədər qədimdir. Elektrik naqillərinin bağlandığı ağac dirəklər çürüyüb, əksəriyyəti qəzalı vəziyyətdədir. Aşmaması üçün yanına calaq edilərək zəncirlə bağlanıb. Küləkli havalarda dirəklər, naqillər əsməyə başlayır, evlər isə öz növbəsində işıqsız qalır.

Məsələ ilə bağlı Ucar Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən bildirilib ki, yaxın vaxtlarda küçəyə asfalt örtüyü çəkiləcək və elektrik dirəkləri dəyişdiriləcək.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net