Gədəbəy məktəbində kobud yanlışlıq: Ölkənin adı SƏHV YAZILDI - FOTO
Tarix: 17-11-2021, 12:48 | Çap et
Gədəbəy məktəbində kobud yanlışlıq: Ölkənin adı SƏHV YAZILDI - FOTO

Gədəbəy rayonu, Qoşabulaq kənd məktəbindəki lövhədə ölkənin adı səhv yazılıb.

Bu barədə foto sosial şəbəkədə paylaşılıb.

Belə ki, rayonun Qoşabulaq kənd məktəbinin girişində asılan lövhədə Azərbaycan sözündə kobud səhvə yol verilib və “Azərbacan” kimi yazılıb.

Sosial şəbəkə istifadəçiləri ölkənin adının səhv yazıldığı lövhənin o şəkildə divara vurulması ilə bağlı ciddi müzakirə ediblər.

Eyni zamanda yazılış qaydalarına əsasən məktəb adlandırılan zaman şəxsin adı soyaddan öncə gəlməlidir.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən foto Gədəbəy rayonu Qoşabulaq kəndi R.İsmayılov adına 2 saylı tam orta məktəbdə çəkilib. Məktəbin lövhəsində texniki olaraq səhv yazılmış “Azərbaycan” sözü düzəldilib və həmin lövhə yenisi ilə əvəz edilib.

Səhvin düzəldilməsi və yeni lövhənin vurulması ilə bağlı fotonun redaksiyamıza göndərilməsini xahiş etsək də, müraciətimizə cavab gəlmədi. Ümid edirik ki, səhv həqiqətən də düzəldilib.Gədəbəy məktəbində kobud yanlışlıq: Ölkənin adı SƏHV YAZILDI - FOTO




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net