BU NƏDİ BELƏ: General Rüstəm Muradov yenə gəlir... – Xankəndində xüsusi tədbir olacaq...
Tarix: 9-11-2021, 09:49 | Çap et
BU NƏDİ BELƏ: General Rüstəm Muradov yenə gəlir... – Xankəndində xüsusi tədbir olacaq...
Rusiya Müdafiə Nazirliyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya əsasən bu ölkənin rəsmən sülhməramlı sayılan hərbi kontingentinin Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olmasının birinci ildönümü münasibətilə böyük bir tədbir təşkil etmək qərarına gəlib.

Moderator.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşrinin yaydığı məlumata görə, Azərbaycan torpaqlarındakı Rusiya “sülhməramlı”larının ilk komandiri general-leytenant Rüstəm Muradov bu gün – noyabrın 9-da Ermənistana gələcək.

Sabah - səhər isə R.Muradov Laçından keçməklə Qarabağa yola düşəcək. Noyabrın 10-da Xankəndində 1 illik münasibətilə medal təqdimetmə mərasiminin keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, torpaqlarımızdakı “sülhməramlı”ların hazırkı komandiri general-leytenant Gennadi Anaşkindir.




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net