Şuşada musiqili atəşfəşanlıq keçirilib - YENİLƏNİB + VİDEO
Tarix: 8-11-2021, 22:27 | Çap et
Şuşada musiqili atəşfəşanlıq keçirilib - YENİLƏNİB + VİDEO

8 noyabr Zəfər Günü münasibətilə Şuşada torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olub.

Oxu.Az xəbər verir ki, Şuşanın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibətilə Azərbaycanın Vətən Müharibəsində qələbəsi şəhərdə təntənə ilə qeyd olunub.

Atəşfəşanlığı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, “Cəngi”, “Qarabağ şikəstəsi”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və digər əsərlər müşayiət edib.

21:09

8 noyabr Zəfər Günü münasibətilə Şuşada musiqili atəşfəşanlıq başlayıb.

Oxu.Az xəbər verir ki, Şuşanın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibətilə Azərbaycanın Vətən Müharibəsində qələbəsi şəhərdə təntənə ilə qeyd olunur.

Xatırladaq ki, 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardandır.

Zəfər Günü Şuşa ilə yanaşı, respublikamızın bölgələrində, eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində qeyd olunmaqdadır.






Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net