Tərtərdə “Zəfər Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib
Tarix: 8-11-2021, 17:23 | Çap et
Tərtərdə “Zəfər Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib

Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Uşaq Gənclər İdman-Şahmat məktəbində rayonun pilot ümumtəhsil məktəblərinin 8-14 yaş qruplu uşaqları arasında “Zəfər Günü”nə həsr olunan “Dəmir Yumruq” adlı şahmat yarışı keçirilib.

Yarışda rayonun 60 məktəbli şahmatçısı mübarizə aparıb.

Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Tərtərdə “Zəfər Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib

Tərtərdə “Zəfər Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin nümayəndəsi Zabil Paşayev gənc şahmatçıları salamlayıb, onlara Azərbaycanın zəfər tarixindən, əldə etdiyi nailiyyətlər və ölkəmizdə şahmatın inkişafı barədə məlumat verib.

Yarışda oğlanlar arasında 8-10 yaş qrupu üzrə 2 saylı tam orta məktəbin şagirdi Quluzadə Sabir və 1 saylı məktəbin şagirdi Zeynallı Bəylər I yeri, 1 saylı tam orta məktəbin şagirdləri Cəfərli Zabit II yeri, Məmmədrəhimli Yusif III yeri, 10-12 yaş qrupu üzrə 1 saylı tam orta məktəbin şagirdləri Səlimzadə Eltay, Qəhrəmanlı Cavanşir və Orucov Nihad I yeri, 2 saylı tam orta məktəbin şagirdi Süleymanlı Hüseyn və 1 saylı tam orta məktəbin şagirdi Səfərli Azər II yeri, 1 saylı tam orta məktəbin şagirdi Allahverdiyev İsmayıl III yeri, 12-14 yaş qrupu üzrə 1 saylı tam orta məktəbin şagirdi İbrahimli İbrahim I yeri, 2 saylı tam orta məktəbin şagirdləri Məmmədov Anar və Haqverdiyev Nəsib II yeri, 1 saylı tam orta məktəbin şagirdi Əmrullayev Sərxan III yeri qazanmışlar.

Tərtərdə “Zəfər Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib

Qızlar arasında 8-10 yaş qrupu üzrə 2 saylı tam orta məktəbin şagirdi Ağazadə Fatimə və Köçərli kənd tam orta məktəbin şagirdi Atayeva Gülay I yeri, 2 saylı tam orta məktəbin şagirdi Sabirli Rəfiqə II yeri, 6 saylı tam orta məktəbin şagirdləri Məmmədli Aysu və Vəlizadə Ayşən III yeri, 10-12 yaş qrupu üzrə 6 saylı tam orta məktəbin şagirdi Musayeva Ayşən I yeri qazanmışlar.

Qalib gələn idmançılara Uşaq Gənclər İdman-Şahmat məktəbi tərəfindən müvafiq diplomlar təqdim olunmuşdur.

Vertikal.az




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net